campaign-7 davam edir
  • BİTMƏYİNƏ qaldı:

    14 gün

  • Hədəf

    390 AZN

  • Toplanılan Məbləğ

    4.5 AZN

Cavan qəlb

Salam hamıya!

Sizə "Cavan qəlb" proyekti haqqında danışmaq istəyərdim.

Həmişə yaşlı insanlara baxanda bir ortaq cəhətə diqqət verirdim: "onların çoxu xoşbəxt deyillər". Və buna çox səbəb var. Məsələn, onların həmyaşıdları ilə demək olar ki, ünsiyyətdə olmamaqları, kifayət qədər aktiv və maraqlı həyat sürməməkləri, evdə darıxmaqları və s.i. Vaxt keçdikcə mən başa düşdüm ki, bunu dəyişmək istəyirəm. Nəticədə, bu fikir «Cavan qəlb» adlı sosial proyekt yaratmaq üçün stimulum oldu. Mənim fikrimcə qocalıq yaşamış illərlə yox, onların ruhani vəziyyəti ilə ölçülür. Və biz çalışmalıyıq ki, onların qəlbləri həmişə cavan qalsın və heç vaxt onların həyata sevgisi ölməsin.

«Cavan qəlb» sosial proyekt olaraq, yaşlı insanların həyatını mükəmməlləşdirməsinə yönləndirilib.

Bizim missiyamiz: 55 yaşdan yuxarı insanları layiqli və xoşbəxt həyat ilə təmin etmək.

Bunu necə edirik: 55 yaşdan yuxarı olan insanların fiziki, mental və psixoloji halını saxlamaqlarına kömək edərək, həmçinin onlara yeni bacarıq və biliklər əldə etmək imkanı veririk. 

Biz nə edirik? Yaşlı insanlar üçün müxtəlif tədbirlər həyata keçirdirik:psixoloji təlimlər və konsultasiyalar, rəqslər, xüsusi gimnastika, rəsm dərsləri.

Bu proyekti onlayn formatda (virusa gorə) avqust-sentyabr aylarında keçirtmişdik. Bütün professional psixoloqlar, təlimçilər könüllülük əsasında çalışdılar. 7 təlim keçirtdik və çox müsbət nəticə aldıq. Belə ki, yaşlı insanların psixoloji durumu yaxşılaşdı, onlar təzə dostlar əldə etdilər və müxtəlif sahələrdə biliklərini artırdılar. 12 nəfər iştirakçımız var idi. 

Çox təəssüf ki, bu proyektdə professional təlimçilər ilə işləmək üçün könüllü əsasında davam etmək olmur. "Cavan qəlb" həmişə sadəcə proyekt olmayacaq, pandemiya bitdikdən sonra müəssisə yaradılacaq və qazanc əldə ediləcək.

Amma hələki, bu proyekt iştirakçılar üçün pulsuz olacaq, çünki bu innovativ proyektdi və insanların əvvəl etibarın qazanmaq lazımdı. Proyektdən sonra isə, sosial müəssisə yaradılacaq və təlimləri pullu əsaslarla həyata keçirəcəyik. (əlbəttə ki baha olmayacaq), nəticədə qazanc əldə ediləcək. Ümid edirik ki, oflayn formatda da keçmək olacaq.

Yığılmış 390 manatı biz aşağıdakı ehtiyaclara yönləndirəcəyik:

  1. 340 manat-2 təlimçinin əmək haqqı (bütün proyekt boyu)
  2. 50 manat -sosial mediyada marketing üçün

Təlimçilər kim olacaq?

  1. Psixoloq-aspirantura məzunu
  2. Fitnes təlimçisi-xüsusi gimnastika üçün

Qeyd etmək lazımdı ki, bu proyekt 40 gün davam edəcək. Həftədə 2 dəfə psixoloji təlim olacaq və 2 dəfə xüsusi gimnastika.

Siz bizə kömək etdikcə, nə əldə edə bilərsiniz:

1. Əgər 20+ manatdan çox sərmayə qoysanız, hər bir təlimimizdə sizi sponsor kimi təqdim edəcəyik. 

2.Əgər 50+ manatdan çox sərmayə qoysanız, hər bir təlimimizdə sizi sponsor kimi təqdim edəcəyik və bundan əlavə, proyektdən mənfəət eldə edəndə, hər ay mənfəətin 5% sizə göndərəcəyik. 

Sizin töhfənizi görməyə çox şad olarıq! Çox sağ olun!

  TOP
Layihəyə dəstək ol